
Skript doktorluq xidməti
Skript doktorluq – ssenarinin bütün aspektləri nəzərə alınmaqla təhlil və redaktə xidmətidir.
Bu xidmət ssenarisində problem olduğunu düşünən, ssenaridə nələrisə həll edə bilməyən, çətinliklərlə qarşılaşan və ya sadəcə olaraq ssenarisini peşəkar səviyyədə analiz və redaktə etdirmək (ehtiyac varsa) istəyən hər kəs (ssenaristlər, prodüserlər, rejissorlar və s.) üçündür.
Bu xidmətdən yararlanaraq siz hər bir ssenari aspektinə uyğun ssenarinizin ətraflı şəkildə analizini və ehtiyac olacağı təqdirdə redaktə olunmuş versiyanı əldə edirsiniz.
- Struktur
- Sujet
- Personaj sistemi
- Konfliktin inkişafı
- Mövzu və mesaj
- Məntiqi boşluqlar
- Orijinallıq
- Səhnə
- Dialoq
- Janr və setting (filmin dünyası)
və s. elementlər...
Qısa və tammetraj film, animasiya və serial (pilot seriya) ssenarisi yazan hər kəs bu xidmətdən istifadə edə bilər.
Bu xidmətdən yararlanaraq siz ssenaridə olan çatışmazlıqlardan məlumatlı olacaq və ssenarini necə daha yaxşı etməklə bağlı faydalı məsləhətlər alacaq və sizinlə razılaşdırılaraq ssenaridə dəyişikliklər ediləcək. Nəticədə, ssenariniz keyfiyyətli, beynəlxalq standartlara uyğun ssenari formasına düşəcək.