Skript doktorluq xidməti
Skript doktorluq – ssenarinin bütün aspektləri nəzərə alınmaqla təhlil və redaktə xidmətidir.
Bu xidmət ssenarisində problem olduğunu düşünən, ssenaridə nələrisə həll edə bilməyən, çətinliklərlə qarşılaşan və ya sadəcə olaraq ssenarisini peşəkar səviyyədə analiz və redaktə etdirmək (ehtiyac varsa) istəyən hər kəs (ssenaristlər, prodüserlər, rejissorlar və s.) üçündür.
Ssenari yazımı xidməti
Ssenari yazımı xidməti – qısametrajlı, tammetrajlı film və animasiya ssenariləri, eləcə də serial ssenarisi sifariş etmək istəyənlər üçün xüsusi olaraq hazırlanmış peşəkar bir xidmətdir.
İdeyanızın sadəcə bir fikirdən yüksək keyfiyyətli və təsirli bir ssenariyə çevrilməsi üçün yaradılmış bu xidmət, rejissorlar, prodüserlər, TV kino istehsalı şöbələrinin rəhbərləri və ssenariyə ehtiyacı olan hər kəs üçün nəzərdə tutulub.
Film və serial ssenarisinin analizi
Qısa və tammetraj filmin (animasiyanın) və serialın (pilot seriyasının) ssenarisinin analizi.
Bu xidmətdən yararlanaraq siz filminizdəki hər bir ssenari aspektinin ətraflı şəkildə analizini əldə edirsiniz.